“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 

Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə yüksək nəticələrlə tələbə adını qazanan məzunlar və təhsil işçiləri təltif olunub

News Image

ETİHİ Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə yüksək nəticələrlə tələbə adını qazanan məzunlar və təhsil işçiləri təltif olunub

4 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan tələbələr, uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş sabiq məktəb direktorları və hazırda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşü keçirilib.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu üzrə sektorunun müdiri Nicat Həsənov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin sədri Pərviz Xaspoladlı iştirak ediblər.

Görüş zamanı cari ildə Laçın rayonu üzrə 502 nəfərin ali təhsil müəssisələrinə qəbul olması, onlardan 32 nəfərin 600-dən yüksək bal toplaması xüsusi vurğulanıb.

Tədbirin sonunda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan tələbələr, eləcə də təqaüdə çıxmış və hazırda fəaliyyət göstərən məktəb direktorları Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Laçın rayonu Mişni körpələr evi-uşaq bağçasının ittifaq üzvlərinə istirahət turu təşkil olunub

News Image

Laçın rayonu Mişni körpələr evi-uşaq bağçasının ittifaq üzvlərinə istirahət turu təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə Laçın rayonu Mişni körpələr evi-uşaq bağçasının ittifaq üzvləri üçün Quba rayonuna istirahət turu təşkil olunmuşdur.

Laçın rayonu 13 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvlərinə ekskursiya təşkil olunub.

News Image

Laçın rayonu 13 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvlərinə ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın rayon komitəsinin təşkilatçılığı ilə Laçın rayonu 13 nömrəli tam orta məktəbinin həmkarlar ittifaqı təşkilatının üzvləri üçün Quba rayonunun Nazlıbulaq İstirahət Mərkəzinə ekskursiya-istirahət turu təşkil olunmuşdur. Təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi və sosial rifahının dəstəklənməsi məqsədilə təşkil olunan istirahət turu ittifaq üzvlərinə həm dincəlmək, həm də ölkəmizin füsunkar guşələrindən biri ilə yaxından tanış olmaq imkanı yaradıb.

ETİHİ Laçın Rayon Komitəsi yubilyar müəllimlərlə görüş keçirib.

News Image

ETİHİ Laçın Rayon Komitəsi yubilyar müəllimlərlə görüş keçirib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin təşəbbüsü ilə rayonun ümumtəhsil müəssisələrində 65 illik yubileyini qeyd edən, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərərək gənc nəslin yetişdirilməsinə dəyərli töhfələr vermiş müəllimlərlə görüş keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin sədri Pərviz Xaspoladlı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, sektorun məsləhətçisi Natiq Əbdüləzimov iştirak ediblər. Onlar müəllimləri təbrik edərək, Azərbaycan təhsilinin inkişafına verdikləri töhfələrə görə öz təşəkkürlərini bildiriblər. Görüş zamanı yubilyar müəllimlər pedaqoji fəaliyyətlərindən, keçdikləri zəngin ömür yolundan bəhs edib, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Daha sonra müəllimlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Laçın rayonu Qozlu kənd tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün istirahət turu təşkil olunub.

News Image

Laçın rayonu Qozlu kənd tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün istirahət turu təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə Laçın rayonu Qozlu kənd tam orta məktəbinin ittifaq üzvləri üçün respublikamızın cənub bölgəsinə – Lənkəran-Masallı istiqamətində istirahət turu təşkil olunmuşdur. İttifaq üzvləri onlar üçün təşkil olunan istirahət turundan olduqca məmnun qaldıqlarını, səfərdən xoş təəssüratlarla geri döndüklərini ifadə edərək, göstərilən diqqət və qayğıya görə səmimi təşəkkürlərini bildiriblər.

Qurban Bayramı münasibətilə bayram sovqatları təqdim olunub

News Image

Qurban Bayramı münasibətilə bayram sovqatları təqdim olunub

Qurban Bayramı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvlərinə və təqaüdçü müəllimlərə bayram sovqatları təqdim olunub. Bayram günlərində həmkarları sevindirmək, onlara diqqət və qayğı göstərmək məqsədilə həyata keçirilən təşəbbüs böyük məmnunluqla qarşılanıb. Komitə adından bütün təhsil işçiləri Qurban Bayramı münasibətilə təbrik edildi, hər birinə sağlamlıq, ruzi-bərəkət və ailə xoşbəxtliyi arzulandı.

ETİHİ Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə Laçında Novruz tədbiri keçirilib.

News Image

ETİHİ Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə Laçında Novruz tədbiri keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə Laçın rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə ETİHİ Laçın Rayon Komitəsinin sədri Pərviz Xaspoladlı, Laçın Rayonu üzrə Təhsil Sektorunun müdiri Nicat Həsənov, eləcə də rayonun təhsil müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqı üzvləri, təqaüdçü müəllimlər və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbir zamanı çıxış edən qonaqlar Novruz bayramı münasibətilə öz təbriklərini çatdırıb, xoş arzularını bildiriblər.

Tədbirin sonunda qonaqlar tonqal ətrafında toplaşaraq birlikdə rəqs edib, Novruz bayramının sevincini bölüşüblər.

ETİHİ Laçın Rayon Komitəsindən körpələrə Novruz sevinci

News Image

ETİHİ Laçın Rayon Komitəsindən körpələrə Novruz sevinci

Elm və təhsil işçiləri həmkarlar ittifaqı Laçın rayon komitəsi tərəfindən Novruz bayramı münasibətilə Laçın rayonu üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində balacalar üçün bayram tədbiri təşkil olunub. Tədbir çərçivəsində uşaqlara Novruz bağlamaları təqdim edilərək onların sevincinə sevinc qatılıb.

ETİHİ Laçın Rayon Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Laçın rayonunun bölgələrində fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirib.

News Image

ETİHİ Laçın Rayon Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Laçın rayonunun bölgələrində fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirib.

ETİHİ Laçın Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Laçın rayonu üzrə bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində çalışan bir sıra təhsil işçilərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı təhsil nəticələri ilə fərqlənən xanım müəllimlər və müəssisə rəhbərləri bayram münasibətilə təbrik olunub, onlara fəxri fərman və hədiyyələr təqdim edilib.