
Sədr
Paşayev Araz Nadir oğlu
1983: anadan olmuşdur.
Təhsil
2000-2004: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində bakalavr təhsili almışdır.
2007-2009: Bakı Dövlət Universitetinin Tarix fakültəsində magistr təhsili almışdır.
2011-2014: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır.
2022-ci ildən Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə doktorantura təhsili alır.
2007-2012: Azərbaycan Dövlət İqtisad Universitetində “İnsan resurslarının idarə olunması və korporativ mədəniyyət” fənnini tədris etmişdir.
2007-2008: “ANS” Şirkətlər Qrupunda Əmək ehtiyatları departamentinin rəisi vəzifəsində çalışmışdır.
2008-2009: “Azərfon” MMC-də İnsan resursları şöbəsində çalışmışdır.
2009-2013: Azərbaycan Respublikası Təhsil Nazirliyində “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” üzrə çalışmışdır.
2011-2012: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnsan resurslarının idarə olunması” fənnini tədris etmişdir.
2019-2021: “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru vəzifəsində çalışmışdır.
2021-2024: Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır.
2024: Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin Məclisinin qərarı ilə sədr vəzifəsinə seçilmişdir.
Xarici dillər
İngilis
Rus
Ailəlidir, 2 övladı var.